“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina milli komandasına çağırılıb. Apasport.az saytının məlumatına görə, yığmanın yeni baş məşqçisi Robert Prosineçki ayın sonunda baş tutacaq ABŞ səfərində təcrübəli qolkiperi də sərəncamında görməyə qərar verib.
Okeanın o tayında 2 yoxlama oyunu keçirəcək bosniyalılar əsasən daxili çempionatda çıxış edən futbolçulara güvənəcək. Çünki matçlar FİFA pəncərəsindən kənarda baş tutduğundan xarici klublar futbolçularını milliyə ezam etmək məsələsində sərbəstdi.
Bu üzdən də Prosineçki ABŞ və Meksika ilə qarşılaşmalarda Bosniya və Herseqovina çempionatında çıxış edənlərin ümidinə qalmalıdı. Amma xorvatiyalı mütəxəssis ölkə xaricində çıxış edən bir neçə legioneri də heyətə çağırıb.
Bunlardan biri də Şehiçdi. Amma yığmaya qoşulmaq üçün futbolçu “Qarabağ” rəhbərliyinin icazəsini almalıdı. Əgər Azərbaycan çempionu futbolçusunu milliyə buraxsa, İbrahim toplanışa yığmanın əsas qapıçısı kimi yollanacaq. Çünki xaricdə çıxış edən digər qolkiperlər milliyə qoşulmayacaq.