Milli komandamızın Kosova ilə sınaq matçı keçirəcəyi ilə bağlı xəbər vermişdik. Apasport.az saytının məlumatına görə, Kosova Futbol Federasiyası bununla bağlı açıqlama yayıb.
Bildirilib ki, oyunla bağlı rəsmi anlaşma bu gün imzalanacaq. Bundan əlavə, sözügedən qarşılaşmada ölkə xaricində oynayan futbolçular meydana çıxmayacaqlar. Belə ki, yerli federasiya daha çox yerli çempionatda çıxış edən oyunçuların səviyyəsini görmək üçün bu matçın yaxşı fürsət olacağına qərar verib.
Qeyd edək ki, görüşün fevralın 2-də keçiriləcəyi planlaşdırılıb.