İrlandiyada futbolçu meydanda öldü
14 dekabr 2017 01:46 (UTC +04:00)

İrlandiyada futbolçu meydanda öldü

0

İrlandiyanın “Şelburn” klubunun futbolçusu İzzi Dezu meydanda vəfat edib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, klubun gənc futbolçulardan ibarət komandasının üzvü oyun zamanı qəflətən huşunu itirərək yerə yıxılıb.

 

16 yaşlı İ.Dezu dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onun ölümünün səbəbləri barədə hələ ki, məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar