İngiltərə millisinin yeni baş məşqçisi müəyyənləşib.
APA-nın İngiltərə Futbol Federasiyasının saytına istinadən verdiyi xəbərə görə, “Sanderlend” klubunun baş məşqçisi, 62 yaşlı Sem Ellerdays İngiltərə yığması ilə 2 illik müqavilə imzalayıb.
O, Avropa çempionatından sonra istefaya göndərilən Roy Hocsonu əvəzləyib. Bundan əvvəl "Böyük Sem" ləqəbli Ellerdays “Bolton”, “Nyukasl”, “Vest Hem” və digər Britaniya klublarını çalışdırıb.