“Neftçi” heyətini yeni oyunçu gücləndirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” paraqvaylı oyunçu Fransisko Xavier Qarsiya ilə anlaşıb.
Bu barədə Paraqvayın “cronica.com.py” portalı xəbər yayıb. Bildirilib ki, Qato ləqəbli futbolçu artıq Bakıya yollanıb. Onun paytaxt təmsilçisi ilə münasiblətlərini gələn həftə rəsmiləşdirməsi gözlənilir.
Karyerasına 2011-ci ildə vətənində - “Serro Portenyo”da başlayan 26 yaşlı Qato tez-tez klub dəyişməsi ilə diqqət çəkir. O, növbəti il “İndependiente”yə keçib. 2013-cü ildə “Sportivo Lukeno”nun heyətində peyda olan Qarsiya burda da çox qalmayıb və elə həmin il ilk klubu “Serro Portenyo”ya qayıdıb.
Növbəti il yenidən macəra axtarışına çıxan Qato vətəninin daha bir təmsilçisi “Deportivo Kapiata” ilə anlaşıb. 2014/15 mövsümünü yenidən “Serro Portenyo”da başa vuran yarımmüdafiəçi nəhayət növbəti mövsümdə ölkə xaricinə çıxıb. O, karyerasında ilk dəfə legioner həyatını qonşu Kolumbiyada yaşayıb. “Atletiko Hulia” ilə anlaşan Xavier Qarsiya burda da cəmi bir mövsüm duruş gətirə bilib.
2016/17 mövsümündə yenidən vətəninə dönən Qato “Nasional”la anlaşıb.
Qeyd edək ki, Qatonun “Neftçi”yə qədər bir dəfə də Avropaya gəlmək şansı olsa da, 2014-cü ildə Kiprin “APOEL Nikosiya” klubuna keçidi alınmamışdı.