Budapeştdə kempo-karate döyüş növü üzrə dünya çempionatı keçirilib. Lent.az-ın məlumatına görə, yarışda 70-ə yaxın ölkənin idmançıları qüvvələrini sınayıblar.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Rüstəm Müslümov yarışda ölkəmizi uğurla təmsil edib. O, 80 kiloqram çəki dərəcəsində gümüş mükafata sahib olub. İdmançımız Polşa və Əlcəzair təmsilçilərini məğlub edərək finala vəsiqə qazanıb. Finalda fransalı döyüşçüyə minimal hesabla məğlub olan R.Müslümov gümüş medala layiq görülüb.
R.Müslimov bu döyüş növü üzrə dəfələrlə respublika çempionatının və beynəlxalq turnirlərin qalibi olub.