“Liverpul”un müdafiəçisi Deyan Lovren həbs edilə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı “Sun” nəşri yayıb.
Bildirilir ki, Xorvatiya millisinin üzvünün 2010-cu ildə Zaqreb “Dinamo”sundan “Lion”a transferi zamanı qanunsuzluq aşkarlanıb. Belə ki, bu keçid zamanı korrupsiya faktlarının olması ilə bağlı iddia araşdırılır. Bu, 14 milyon funt-sterlinq məbləğində pulu mənimsədiyi üçün həbs olunan “Dinamo”nun keçmiş prezidenti Zdravko Mamiçin işinin bir hissəsi hesab edilir.
Lovren isə məhkəmədə yalan ifadə verməkdə ittiham olunur. Bu səbəbdən 29 yaşlı müdafiəçini 5 ilə qədər həbs cəzası gözləyir.