Azərbaycan millisi Avropa kubokunu 8 medalla başa vurdu
24 iyul 2016 21:47 (UTC +04:00)

Azərbaycan millisi Avropa kubokunu 8 medalla başa vurdu

0

Çexiyanın paytaxtı Praqada gənclər arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub.

 

Apasport.az saytının xəbərinə görə, yarışın sonuncu günü də Azərbaycan millisi üçün uğurlu olub. Gənc cüdoçularımız millimizin aktivinə daha 3 medal yazdırıb.

 

Təmsilçilərimizdən Aslan Mirzəyev (90 kq) gümüş, Rüfət İsmayılov (81 kq) və Azər Yaqubov (60 kq) bürünc medal qazanıb.

 

Bununla da, gənc cüdoçularımız mötəbər yarışı 8 medal (1 qızıl, 3 gümüş və 4 bürünc) qazanaraq başa vurub.

 

Qeyd edək ki, 35 ölkədən 391 idmançının (250 oğlan, 141 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 17 cüdoçu (15 kişi, 2 qadın) ilə təmsil olunurdu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar