Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində PSJ-ni qəbul edəcək "Real" oyuna itkilərlə çıxa bilər. Apasport.az saytı "Football Espana"ya istinadən xəbər verir ki, Madrid klubunun iki futbolçusunun görüşü buraxmaq ehtimalı var.
Söhbət Toni Kroos və Luka Modriçdən gedir. Hər iki yarımmüdafiəçinin hazırda zədəli olduğu bildirilir. Onlar bu səbəbdən "Real"ın son məşqində iştirak etməyiblər. Həm Kroos, həm də Modriçin PSJ-yə qarşı oynayıb-oynamayacağına matç gününə qədər aydınlıq gələcək.
PSJ-nin heyətində isə Neymar, Kilian Mbappe və Markinyoş zədəlidi.
Qeyd edək ki, PSJ - "Real" matçı martın 6-da keçiriləcək. Bu komandanın Madriddəki ilk qarşılaşmasında "kral klubu" 3:1 hesablı qələbə qazanıb.