“Real”ın baş məşqçi Zinəddin Zidanla bağlı qərarı açıqlanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “kral klubu” uğursuz mövsüm keçirməsinə baxmayaraq, fransalı mütəxəssis daha 2 il postunda qalacaq.
Belə ki, Zidanın madridlilərlə 2020-ci ilə qədər yeni müqavilə imzaladığı məlum olub. Buna baxmayaraq, 46 yaşlı mütəxəssis arxayınlaşmayacağını bildirib: “Anlaşma müddətim 2020-ci ilə qədər olsa da, mən məsələyə oyun-oyun prinsipi ilə yanaşıram. İki və ya üç il sonranı görə bilmərəm. Hətta imzalanan yeni müqavilə də heç nə demək deyil”.
Qeyd edək ki, 2016-cı ildən “Real”a rəhbərlik edən Zinəddin Zidan 2 dəfə Çempionlar Liqasının, 2 dəfə Avropa Superkubokunun, 2 dəfə Qitələrarası Dünya Çempionatının, 1 dəfə La Liqanın, 1 dəfə isə İspaniya Superkubokunun qalibi olub.