"Qalatasaray" 3 futbolçusunu klubdan qovur
15 dekabr 2017 11:42 (UTC +04:00)

"Qalatasaray" 3 futbolçusunu klubdan qovur

“Qalatasaray” qış transfer dövründə heyətində dəyişikliklər etmək niyyətindədi. Apasport.az saytı “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul klubu bəzi futbolçularla yolları ayırmağa qərar verib.

 

“Qara siyahı”ya 3 legionerin adı daxil edilib. “Sarı-qırmızılılar”ın gələcək planlarına daxil olmayan oyunçuların sırasında komandadan uzaqlaşdırılan Naycel de Yonqla yanaşı, Rayan Donk da var. Göndəriləcək digər futbolçu isə Yasmin Latovleviçi və Martin Linnesdən biri olacaq.

 

Əvəzində diqqətlər başqa 3 əcnəbi oyunçuya yönəlib. Hazırda “Atletiko”nun müdafiəçisi Filipe Luis, “Yuventus”un formasını geyinən Kvadvo Asamoa və “Şalke”nin üzvü Yevgen Konoplyanka ilə danışıqlar aparılır.  

 

Qeyd edək ki, “Qalatasaray” Türkiyə Superliqasının cari mövsümündə 15 turdan sonra 32 xal toplayıb və turnir cədvəlində birincidi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268
avatar

ApaSport TV

Oxşar yazılar