[b]Joze Mourinyo məhkəməyə çağırıldı[/b]
29 sentyabr 2017 22:55 (UTC +04:00)

[b]Joze Mourinyo məhkəməyə çağırıldı[/b]

0

"Manchester United" futbol komandasının baş məşqçisi Joze Mourinyo "vergi fırıldaqçılığı" ilə bağlı Madrid şəhər məhkəməsinə çağırılıb.  

 

APA-nın “Sky Sports”-a istinadən verdiyi xəbərə görə, portuqaliyalı mütəxəssis noyabrın 3-də məhkəmədə ifadə verməlidir.

 

İyunda İspaniya prokurorluğu Mourinyonu vergidən yayınmaqda ittiham edib. Məlumata görə, portuqaliyalı məşqçi 2011 və 2012-ci illər ərzində 3.3 milyon avro vergidən yayınıb. Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə Madrid “Real”ının baş məşqçisi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar