[b]"Qarabağ" növbəti ilkə imza atdı[/b]
18 oktyabr 2017 22:27 (UTC +04:00)

[b]"Qarabağ" növbəti ilkə imza atdı[/b]

Azərbaycan futbol tarixində ilk qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu dəfə də ilkə “Qarabağ” imza atıb.

 

Ağdam klubu Çempionlar Liqasının qrupundan xal qazanan ilk Azərbaycan klubu olub. Qurban Qurbanovun yetirmələri buna “Atletiko” ilə III turun oyununda imza atıb. Qolsuz bərabərlik turnirin əsas raundunda ağdamlıların xanasına ilk xalı yazdırıb.

 

Bu qarşılaşma Azərbaycan klublarının avrokuboklardakı ən önəmli ilk xal qazandığı matçlar sırasına düşüb. Söhbət ilk qələbələr, ilk qollar deyil, yalnız ilk xallardan gedir.

 

Maraqlıdı ki, 4 ən dəyərli “siftə”nin hamısı 0:0 hesabı ilə başa çatıb. Bunlardan ikisi “Neftçi”, biri “Kəpəz”, biri “Qarabağ”ın hesabındadı.

 

Avrokuboklarda ilk xal

24 avqust 1995. “Neftçi” - APOEL (Kipr) - 0:0 (Kuboklar Kuboku)

 

Çempionlar Liqasında ilk xal

24 avqust 1999. “Neftçi” - APOEL (Kipr) - 0:0

 

Qrupda ilk xal

20 sentyabr 2012. “Partizan” (Serbiya) – “Neftçi” - 0:0 (Avropa Liqası)

 

Çempionlar Liqasında qrupda ilk xal

18 oktyabr 2017. “Qarabağ” – “Atletiko” (İspaniya) – 0:0

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Oxşar yazılar