<b>2017-ci ilin ən yaxşı məşqçisi məlum oldu</b>
23 oktyabr 2017 23:09 (UTC +04:00)

2017-ci ilin ən yaxşı məşqçisi məlum oldu

0

FİFA İngiltərənin paytaxtı Londonda ötən ilin ən yaxşılarını mükafatlandırır.

 

Apasport.az saytının məlumatına görə, “Palladium” teatrında keçirilən “The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olur.

 

Əvvəlcə 2017-ci ilin ən yaxşı qolu nominasiyasında qalib müəyyənləşib. Ardınca isə ilin ən yaxşı baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

 

Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib.

 

Qeyd edək ki, Zidan ötən mövsüm “Real”la İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar