“Uğursuz mövsüm nə ilə yadda qala bilər ki?” - <span style="color:red;">MÜSAHİBƏ
20 may 2014 05:16 (UTC +04:00)

“Uğursuz mövsüm nə ilə yadda qala bilər ki?” - MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun müdafiəçisi Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi.

 

- Komandanızı son 4 oyuna çıxaran türkiyəli məşqçi Oğuz Çətin sizə yalnız bir görüşdə güvəndi. Onun sizə şans verməməsinin səbəbini bilirsinizmi?

 

- Düzdü, yalnız “Simurq”la matçda şans verdi. Niyə belə etdiyini bilmirəm, seçim ona məxsusdur. Ola bilsin, özümü zəif göstərmişəm.  

 

- Mövsüm başa çatdı. “Xəzər Lənkəran” üçün çox uğursuz bir çempionat oldu. Mövsüm barədə nə deyə bilərsiniz?

 

- Razıyam, bizim üçün uğursuz mövsüm oldu. 10 illik yubileyimizdə həm kubokda məğlub olduq, həm də çempionatda lazım olan nəticəni əldə edə bilmədik. Qismət belə imiş. Bu, son deyil. Gələn mövsüm haqda düşünməliyik.

 

- Çempionat sizin üçün nə ilə əlamətdar oldu?

 

- Uğursuz mövsüm nə ilə yadda qala bilər ki? Xatırlaya biləcəyim nəsə baş vermədi.

 

- Uğursuz çıxışın kökündə nə dayanırdı? Niyə komanda mükafatçılar sırasına düşə bilmədi?

 

- Səbəbini bilsəydik, belə olmazdı. Dərhal çıxış yolu tapardıq. Çempionatda zəif komanda yoxdur. Hamısı yaxşı klublardır. Hardasa oyunumuz alınmadı, hardasa bəxtimiz gətirmədi. Uğursuz nəticə bizim günahımızdır.

 

- “Xəzər Lənkəran” mövsümün əvvəlində iddialılardan biri hesab edilirdi. Komandaya tanınmış mütəxəssislər dəvət edilmişdi...

 

- Heyətimiz zəif deyildi. Məşqçilərimiz isə kifayət qədər tanınmış mütəxəssislər olub. Görünür, hardasa alınmadı.

 

- Son illərdə avrokuboklarda görməyə alışdığımız “Xəzər Lənkəran” bu dəfə kənarda qaldı. Bunu necə qəbul edirsiniz?

 

- Azarkeşlərin də buna münasibəti yaxşı deyil. Çünki “Xəzər Lənkəran” avrokuboklarda oynayacaq komandadır. Gələn mövsüm bu uğursuzluğu uğurlu nəticələrimizlə unutduracağımıza inanıram.

 

- Baş məşqçi postundakı qeyri-müəyyənliklə bağlı futbolçulara nəsə deyilib?

 

- Xeyr.

 

- Qarşıdan ABŞ yığması ilə matç gəlir. Bu görüşlə bağlı nə deyə bilərsiniz?

 

- Bildiyim qədəri ilə ABŞ güclü komandadır. Son illərdə uğurlu nəticələri ilə seçilir. Reytinq siyahısında da xeyli irəlidədirlər. Həm oyun, həm də yerli vaxta öyrəşmək baxımından bizim üçün çox çətin olacaq. Yoldaşlıq oyunu olmasına baxmayaraq, özümüzü yaxşı tərəfdən göstərmək istəyirik.

 

- 5-6 gün ərzində 12 saatlıq fərqə malik bir ölkəyə adaptasiya ola biləcəksinizmi?

 

- Hələ belə vəziyyətə düşməmişəm. Uyğunlaşmağa çalışacağıq.

 

- Bu oyun yığmamıza nə verəcək?

 

- Böyük təcrübə olacaq. ABŞ güclü komandadır. Hamımız oynamaq istəyirik.

 

- Mövsümün sonu olduğundan yorğunluq hiss olunurmu?

 

- Deməzdim hansısa yorğunluq var. Oyundan sonra da dincəlmək üçün vaxtımız olacaq. Əsas işimiz meydana çıxmaq, bizdən tələb olunan oyunu göstərməkdir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737
avatar

Oxşar yazılar