Ronaldo ilə selfi çəkən uşağa UEFA "ağır cəza" verdi
26 iyun 2024 05:32 (UTC +04:00)

Ronaldo ilə selfi çəkən uşağa UEFA "ağır cəza" verdi

2024-cü il Avropa Futbol Çempionatında Türkiyə-Portuqaliya matçında meydançaya tullanaraq Kriştiano Ronaldo ilə şəkil çəkdirən 10 yaşlı Berat Uluğa UEFA tərəfindən ağır cəza verilib.

Lent.az xəbər verir ki, UEFA-nın verdiyi açıqlamada Beratın AVRO-2024-də bütün oyunlardan uzaqlaşdırılacağı, heç bir oyuna buraxılmayacağı bildirilib.

Qeyd edək ki, Berat Uluğ AVRO 2024 F qrupunun ikinci matçı olan Türkiyə - Portuqaliya matçında meydançaya tullanaraq Ronaldo ilə şəkil çəkdirmiş, daha sonra isə qaçaraq oradan uzaqlaşmışdı.

Açıqlamada həmçinin bildirilir ki, Berat azyaşlı olduğu üçün ona qarşı cinayət işi açılmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11610
avatar

Oxşar yazılar