Asiyanın ən zəngin adamının arvadı qızıl su  içir: 60 min dollar  dəyərində
02 iyun 2024 12:50 (UTC +04:00)

Asiyanın ən zəngin adamının arvadı qızıl su içir: 60 min dollar dəyərində

Asiyanın ən varlı adamı Nita Ambaninin arvadı məşhur dizayner Fernando Altamiranonun hazırladığı xüsusi şüşədə gələn Acqua di Cristallo Tributo a Modigliani adlı qızıl suyu içir.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, 24 karatlıq qızıl qabda saxlanılan su İslandiyadan gələn buzlaq suları ilə Fransa və Ficidən gələn təbii bulaq suyunun birləşməsidir. “Times Now” nəşrinin məlumatına görə, hər şüşənin qiyməti 60 min dollardan çoxdur. Suyun özünə də 5 qram qızıl qatılıb

Altmış yaşlı Nitanın qızıl suyu sayəsində qüsursuz dəriyə sahib olduğu deyilir. 

Bu heyrətamiz su şüşəsinin dizayneri Fernando Altamirano eyni zamanda təxminən iki milyon dollar dəyərində Henri IV Dudognon Heritage Connac Grande Champagne konyak qabının yaradıcısıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3537
avatar

Oxşar yazılar