Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 00:05 (UTC +04:00)

Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi

"Beşiktaş" Orkun Kökçü transferi ilə bağlı "Benfika" ilə rəsmi danışıqlara başlayıb. 

Apasport.az xəbər verir ki, klub bu barədə İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) məlumat verib. 

"Beşiktaş"ın prezidenti Serdal Adalı futbolçunun sabah (red. - 12 iyulda) İstanbula gələcəyini açıqlayıb.

2024/25 mövsümündə "Benfika"nın heyətində bütün yarışlarda 55 matça çıxan 24 yaşlı yarımmüdafiəçi 12 qol vurub, 11 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 972

Oxşar yazılar