Gizli sevgi,  abort, təhdid:   Sabri Sarıoğlu haqqında ŞOK açıqlamalar
05 iyul 2025 19:59 (UTC +04:00)

Gizli sevgi, abort, təhdid: Sabri Sarıoğlu haqqında ŞOK açıqlamalar

“Qalatasaray”ın tanınmış keçmiş futbolçusu olan Sabri Sarıoğlu bu dəfə futboldan kənar hadisələrlə gündəmdədir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, evli olan Sabri Sarıoğlunun idman zalında tanış olduğu gənc qadınla qeyri-qanuni münasibətdə olduğu iddia edilir.

İddialar arasında ən diqqətçəkənlərdən biri gənc qadının Sabri Sarıoğlunun çalışdırdığı komandanın düşərgələrində zaman-zaman iştirak etməsidir. Hətta bu müddət ərzində ikisinin fərqli otellərdə görüşdüyü iddia olunub.

Cütlüyün qaldığı otellərdən birində çalışan işçinin Sabri Sarıoğlunun həyat yoldaşı Yağmur Sarıoğluna məlumat verməsi ilə münasibət ifşa olunub. Bu vəziyyət cütlüyün evliliyində ciddi sarsıntıya səbəb olub. Lakin əsl böhran gənc qadının hamilə olduğunu bildirməsi ilə başlayıb.

Gənc qadın uşağı dünyaya gətirmək istədiyini bildirdikdə, iddialara görə Sarıoğlu bu vəziyyətin həm şəxsi həyatına, həm də karyerasına təsir edəcəyini əsas gətirərək abort olunmasını istəyib. Qadın bu tələbi rədd etdikdən sonra işə Sarıoğlunun böyük qardaşı Can Sarıoğlu və baldızının qarışdığı iddia olunub. Hətta iddialara görə, qadın abortun xüsusi bir xəstəxanada keçirilməsi üçün ortaq tanışları vasitəsilə məcbur edilib. Bütün bu proses polisdə verilən ifadələrlə sənədləşdirilib və fotoşəkilli protokollara da əks olunub.

Sabri Sarıoğlu və ailəsi isə tamamilə fərqli bir iddia irəli sürür. Ailə gənc qadının təhdid və şantaj yolu ilə pul istədiyini iddia edərək şikayətçi olub. İstintaq dosyesinə görə, tərəflər qarşılıqlı şəkildə bir-birindən şikayətçidirlər.

Məşhur futbolçu polisdə verdiyi ifadədə münasibəti inkar etməyib, lakin məcburi abort iddialarını rədd edib. İfadəsində deyib:

“Aramızda qarşılıqlı bir könül münasibəti vardı. Mənə hamilə olduğunu dedi. Uşağın məndən olub-olmadığını araşdırmadan bu qərarı tamamilə onun öz iradəsinə buraxaraq hörmət göstərdim. Hamiləliyini sonlandırmaq istədiyini deyəndə, bu qədər müddətdir davam edən münasibətimizə əsasən ona kömək etdim. Bu müddət ərzində passiv, aqressiv, davamlı olaraq şantaja, təzyiqə, təhqir və təhdidlərə məruz qalan mən oldum”.

Tərəflər bir-birini günahlandırarkən məsələ artıq hüquqi instansiyaların diqqətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542

Oxşar yazılar