"Barselona"nın futbolçusu Lamin Yamal tarixin ən böyük futbolçusu kimin olması ilə bağlı fikirlərini bölüşüb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ispan idmançının fikrincə, onun üçün ən yaxşı futbolçu Lionel Messidir.
"Mənim üçün Messi tarixin ən yaxşı oyunçusudur. Onun meydanda etdiyi, oyunu ilə bağlı hər şeyi bəyəndim.
Bu, həqiqətən gözəl olub", - Yamal söyləyib.
Messi hazırda "İnter Mayami"də oynayır. Bu mövsüm o, 26 oyun keçirib, 20 qol vurub və 6 məhsuldar ötürmə edib.