Bakıda metronun yanında DAVA:   gənc oğlan 17 bıçaq zərbəsi ilə   öldürüldü
26 iyun 2024 03:50 (UTC +04:00)

Bakıda metronun yanında DAVA: gənc oğlan 17 bıçaq zərbəsi ilə öldürüldü

Bakının Nəsimi rayonunda 21 yaşlı oğlan çoxsaylı bıçaq xəsarəti alaraq ölüb.

Lent.az xəbər verir ki, hadisə metronun Memar Əcəmi stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Nicat Məmmədov tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı tanışı Nicatın qarın nahiyəsinə 17 bıçaq zərbəsi vurub. N. Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9459
avatar

Oxşar yazılar