32 min avroya ev aldı:  qışda günəş  cəmi 2,5 saat görünür
22 sentyabr 2026 11:34 (UTC +04:00)

32 min avroya ev aldı: qışda günəş cəmi 2,5 saat görünür

0

Sərt iqlimə və Rusiya sərhədinə yaxın yerləşməsinə baxmayaraq, Finlandiya artıq doqquz ildir ardıcıl olaraq dünyanın ən xoşbəxt ölkəsi seçilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, irlandiyalı dülgər Con Gibbonsun Finlandiyaya yolu 20 ildən çox əvvəl başlayıb. Bir müddət Laplandiya bölgəsində yerləşən Rovaniemi şəhərində yaşayan Gibbons daha sonra təxminən bir saat cənubda yerləşən Tervola kəndinə köçüb. O, burada 32 min avroya ev alıb.

Onun aldığı ev İkinci Dünya müharibəsindən sonra tikilən, sadə, ucuz və baxımı asan yaşayış evləri kateqoriyasına daxildir.

“Burada evləri demək olar ki, çox ucuz qiymətə almaq mümkündür”, –  Gibbons bildirib.

Onun evində odun sobası və bağçada quyu da var. Gibbons zarafatla qeyd edib ki, “apokalipsis kimi bir hadisə baş versə”, müəyyən müddət ərzində problemsiz yaşaya bilər.

“Yaşadığım yerdə cinayət demək olar ki, yoxdur. Bizdə həqiqi yay və həqiqi qış var. Bura doğrudan da sehrli yerdir”, – Gibbons deyib.

Onun sözlərinə görə, maksimum 10 dəqiqəyə çaya, gölə və ya meşəyə çatmaq mümkündür və həmin ərazilərdə bəzən ətrafda heç kim olmur.

Şimalda qış ayları isə xüsusilə sərt keçir. Milad dövründə günəş səhər saat 11:00-da doğur, saat 13:30-da isə batır. Yəni gün işığı cəmi 2,5 saat davam edir.

Gibbons bunun hər kəs üçün uyğun həyat olmadığını etiraf edib.

“Bu, zəif insanlar üçün deyil. Mənim xoşuma gələn də odur ki, hər kəs burada yaşamağa dözə bilmir. Burada yaşamağı sevmək və bu şəraitin öhdəsindən gəlmək bir növ sınaqdır”, – o bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar