Hazırda FHN qüvvələri Bakı Konqres Mərkəzində keçirilən beynəlxalq tədbir ilə əlaqədar əraziyə cəlb olunub.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, binada heç bir yanğın hadisəsi qeydə alınmayıb. Mətbəx sahəsində havalandırma sistemi işə düşüb.
Vəziyyət tam nəzarət altındadır və narahatçılıq üçün heç bir əsas yoxdur.
Qeyd edək Bakı Konqres Mərkəzində tüstülənmə olması barədə məlumatlar yayılıb.