Azərbaycanın  Xalq artistinin keçmiş arvadı   55 yaşını Parisdə qeyd etdi
22 sentyabr 2026 11:56 (UTC +04:00)

Azərbaycanın Xalq artistinin keçmiş arvadı 55 yaşını Parisdə qeyd etdi

0

Məşhur opera müğənnisi Anna Netrebko 55 yaşını Parisdə qeyd edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, sənətçi ad günü ilə bağlı yeni fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Fotolarda Netrebko Eyfel qülləsinin fonunda poza verib. O, açıq çəhrayı rəngli qısa don seçimi ilə diqqət çəkib.

Hazırda Anna Netrebko Vyanada yaşayır və Vyana Dövlət Operasında çıxış edir. Sənətçi 2015-2024-cü illərdə Azərbaycanın Xalq artisti Yusif Eyvazovla evli olub.

Netrebko boşanmadan sonra münasibətlərinin bitməsinin əsas səbəblərindən birinin məsafə olduğunu bildirib. Onun sözlərinə görə, evlilik dövründə Eyvazov Bakıda, özü isə oğlu ilə birlikdə Vyanada yaşayıb.

Анна Нетребко

Анна Нетребко

Анна Нетребко

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar