Telefonun ekranını diş pastası ilə  təmizləmək olarmı? - Hamının bilməsi VACİBDİR
25 iyun 2024 17:56 (UTC +04:00)

Telefonun ekranını diş pastası ilə təmizləmək olarmı? - Hamının bilməsi VACİBDİR

Son günlər internetdə mobil cihazın ekranını diş pastası ilə silmək haqqında danışılır. 

Lent.az xəbər verir ki, diş pastasının ekrandakı cızıqları və digər zədələri aradan qaldırdığı iddia olunur. 

Bir çox istifadəçi bu məlumatın doğru olub-olmaması ilə bağlı maraqlanır. Məlumata görə, cihazın səthini silmək üçün bu gigiyenik mıhsuldan istifadə məsləhət deyil.  

Birincisi, bu, ekrandan ləkələrin çıxarılmasını asanlaşdırmır.

İkincisi, təmizləmə zamanı ekranda cızıqlar yaranacaq və əlbəttə, bunlar ekranda qalacaq.

Üçüncüsü, diş pastası mobil cihazın vəziyyətini daha da pisləşdirə bilər.

Fakt budur ki, dişlərinizi fırçalamaq üçün nəzərdə tutulan kütlə oleofob örtüyü korlayır. O ekranı çirkdən qorumaq üçün nəzərdə tutulmuş sonuncu vasitədir. 

Əgər smartfonun ekranını təmizləmək istəyirsinizsə, o zaman onu mikrofiber parça və ya xüsusi parça ilə silə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3570
avatar

Fidan İlqar

Oxşar yazılar