Bu avtobus marşrutlarının hərəkət sxemi  dəyişdirildi - SƏBƏB
25 iyun 2024 15:51 (UTC +04:00)

Bu avtobus marşrutlarının hərəkət sxemi dəyişdirildi - SƏBƏB

Afiyəddin Cəlilov küçəsi, Parlament və Azadlıq prospektlərində avtobusların hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Lent.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar iyulun 1-dək nəqliyyat vasitələrinin hərəkəti Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) tam, Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Azadlıq prospektində (Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək) qismən məhdudlaşdırılıb.

Afiyyəddin Cəlilov küçəsində 4, 10, 21, 32, 46 və 175 nömrəli müntəzəm marşrutların sxemi dəyişdirilərək avtobusların hərəkəti Xəqani Rüstəmov (Ağ şəhər) və Süleyman Vəzirov küçələri ilə təşkil edilib.

Parlament prospektində fəaliyyət göstərən 18, 39, 205 nömrəli və Azadlıq prospektində fəaliyyət göstərən 4, 6, 17, 26, 33, 83, 85, 88, 88A, 133 və 165 nömrəli müntəzəm avtobus marşrutlarının sürücülərinə hərəkətdə olarkən diqqətli olmaları, təmir aparılan küçələrdə quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1383
avatar

Oxşar yazılar