Suya tullanan 21 yaşlı gəncin başı daşa dəyərək öldü
25 iyun 2024 23:07 (UTC +04:00)

Suya tullanan 21 yaşlı gəncin başı daşa dəyərək öldü

Cəlilabad rayon sakini Masallıda ölüb.

Lent.az xəbər verir ki, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.

Masallıya istirahətə gedən Cəlilabad rayonunun Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya tullanan zaman başı daşa dəyib. O, aldığı xəsarətlərdən ölüb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2970
avatar

Oxşar yazılar