Çeçenistanda respublika liderinin 18 yaşlı oğlu Adam Kadırov "Dustum K-13" adlandırılan öz təhlükəsizlik bölməsini yaradıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bölmənin döyüşçüləri ata Kadırovun doğma kəndi olan Axmat-Yurtda Axmat xüsusi çevik reaksiya bölməsinə məxsus bir obyektdə yerləşir.
2025-ci ilin sonu və 2026-cı ilin əvvəllərində Çeçenistan mediası "Dustum K-13 Mərkəzi bazasının şəhər qrupu"nun zabitlərinin yol kənarında reydlər keçirdiyini, sürücüləri saxladığını və nəqliyyat vasitələrini yoxladığını xəbər verməyə başlayıb.
“Dustum K-13”ün həmçinin mərkəzin "işçilərinin" videolarını paylaşdığı bir “Instagram” kanalı var. Videolardan birində "Dustum" papaqları taxan kişilərin dronları vurmağı və idarə etməyi öyrəndikləri göstərilir. Həmçinin təlimlər, nişançılıq təlimi və yaralıların təxliyəsi ilə bağlı videolar da var.
Adam Kadırov 2023-cü ilin sentyabr ayında Qroznıdakı istintaq təcridxanasında “Quran”ı yandırdığına görə həbs edilən Nikita Juraveli döydüyü üçün geniş şöhrət qazanıb. Bundan sonra o, iki dəfə Çeçenistan Qəhrəmanı adına layiq görülüb və respublikada bir sıra yüksək vəzifələr, o cümlədən Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər Nazirliyinin kuratoru vəzifələrini tutub. Bundan əlavə, Kadırov atasının təhlükəsizlik xidmətinin rəisi təyin edilib. 2024-cü ilin oktyabr ayında onun adı 16 yaşında regional qubernatorun təhlükəsizlik xidmətinin ən gənc rəisi kimi Rusiya Rekordlar Kitabına daxil edilib.
Məlumata görə, o vaxtdan bəri oğul Kadırov 20-dən çox mükafata layiq görülüb.