Çoxlu yaddaş və güclü batareya:  Honor X60 Plus smartfonu təqdim olundu
25 iyun 2024 14:15 (UTC +04:00)

Çoxlu yaddaş və güclü batareya: Honor X60 Plus smartfonu təqdim olundu

Qiymət seqmenti ilə müqayisədə kifayət qədər yaxşı xüsusiyyətlərə malik olan Honor X60 Plus smartfonu təqdim edilib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə, o, 720 x 1610 piksel təsvir ölçüsünə və 120 Hz yeniləmə tezliyinə malik 6,77 düymlük LCD ekran əldə edib.

Ön tərəfdə 5 meqapiksellik selfi kamerası, arxa tərəfdə isə 50 meqapiksellik və 2 meqapiksellik sensorlar var.

Smartfon bir çipli Snapdragon 4 Gen 2 sistemi üzərində qurulub, 12 GB RAM (+8 GB virtual) və 512 GB-a qədər daxili UFS 3.1 yaddaşa malikdir.

Bundan əlavə, 35 Vt sürətli şarj dəstəyi ilə 6000 mAh batareyaya malikdir. X60 Plus Android 14 Magic OS proqram təminatı ilə işləyir.

Yeni smartfonda yan tərəfə quraşdırılmış barmaq izi skaneri və 3,5 mm audio yuvası var. Telefonun ölçüləri 166,9 x 76,8 x 8,24 mm, çəkisi 198 qramdır. Cihaz IP64 standartına uyğun olaraq suya davamlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2091
avatar

Arzu Qurbanlı

Oxşar yazılar