Pop musiqisinin kralı həmişəlik getdi: Maykl Ceksonsuz 15 il
26 iyun 2024 02:19 (UTC +04:00)

Pop musiqisinin kralı həmişəlik getdi: Maykl Ceksonsuz 15 il

Maykl Cekson 25 iyun 2009-cu ildə vəfat edib. Müəmmalar və sui-qəsd nəzəriyyələri həmişə Pop kralının həyatı və ölümünü əhatə edib və onların heç də hamısı açılmayıb.

Lent.az xəbər verir ki, Maykl Cekson 1958-ci ildə çoxuşaqlı ailədə anadan olub. Valideynlərinin doqquz uşağı var idi. Gələcək ulduzun atası Cozef Cekson sərt idi və onun tərbiyəsində güc tətbiq etməkdən çəkinmirdi. Bununla belə, Mayklın müğənni olmasında onun da böyük rolu olub. Cozef özü aktyor və ya musiqiçi olmaq istəyirdi, lakin ailəsini dolandırmaq üçün arzusundan əl çəkməli olmuşdu. Mayklın qardaşları və özü də musiqiyə həvəs göstərirdilər və atası onların hobbisini biləndə onlara dəstək olmaq qərarına gəldi. Beləliklə, o, “The Jackson 5”-i qurdu. Ceksonun beş oğlu qrupun üzvü oldu və özü də prodüser rolunu öz üzərinə götürdü.

1980-ci illərdə onun karyerası yüksəldi - Cekson nəhayət atasından müstəqillik qazandı, bir-birinin ardınca hitlər yazdı və nüfuzlu musiqi mükafatlarında mükafatlar alaraq şan-şöhrət topladı. Məhz bu dövrdə onun məşhur "Triller" albomu işıq üzü gördü və bu albom hələ də dünyada ən çox satılan albomdur.

Başgicəlləndirici uğurlarına və bir çox ulduzlarla dostluğuna baxmayaraq, Maykl Cekson tənha bir adam olaraq qaldı. Tezliklə onun həyatı qalmaqallarla sarsıldı. 1993-cü ildə müğənni 13 yaşlı Jordan Çandler adlı oğlana təcavüz etməkdə ittiham olunudu. Polis araşdırmaya başladı, lakin iş məhkəməyə getmədi - Cekson günahını inkar etdi, lakin yenə də yeniyetmənin valideynlərinə təzminat ödədi. Jordan daha sonra müğənniyə böhtan atdığını etiraf etdi.

Bundan sonra musiqiçi karyerasını davam etdirsə də, ilk ittihamdan 10 il sonra eyni səbəbdən məhkəmə qarşısına çıxarıldı. Maykl bəraət qazandı, lakin məhkəmə prosesi onu borca ​​batırdı. Pop kralının karyerası getdikcə azalmağa başladı. 2008-ci ildə "This Is It" albomunun yazılışında iştirak etdi və Londonda bir neçə son konsert verəcəyini bildirdi. Lakin 2009-cu ilin yayında Cekson 50 yaşında vəfat etdi. Səbəb isə yuxu dərmanında dozanın aşılması idi. Onun şəxsi həkimi Konrad Murrey qətldə ittiham edilərək 4 il müddətinə azadlıqdan məhrum edildi.

Ceksonun bütün fanatları onun ölümünə inanmırdı və hələ də bəziləri bunun səhnələşdirildiyinə inanır. Bunun səbəblərindən biri müğənninin ölümündən sonra ailəsinin çiyninə düşəcək böyük borcları idi. Buna görə fanatlar ölümün kreditləri ödəməyə kömək edəcək parlaq bir PR addımı olduğunu düşünürlər. Axı onun ölümündən sonra mahnılarına qulaq asmaq kəskin artmışdı. Medianın hesablamalarına görə, bu, Cekson ailəsinə 2,4 milyard dollar qazandırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2280
avatar

Oxşar yazılar