Xocavənd, Cəbrayıl və Zəngilana daha 83 ailə  köçürüldü
17 noyabr 2026 06:33 (UTC +04:00)

Xocavənd, Cəbrayıl və Zəngilana daha 83 ailə köçürüldü

0

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç həyata keçirilib.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarına ümumilikdə 83 ailə – 333 nəfər köçürülüb.

Bu mərhələdə Xocavənd şəhərinə 36 ailə – 140 nəfər, rayonun Quzeyxırman kəndinə isə 12 ailə – 45 nəfər qayıdıb.

Cəbrayıl rayonunun Soltanlı kəndinə 17 ailə – 74 nəfər, Zəngilan rayonunun Cahangirbəyli kəndinə isə 18 ailə – 74 nəfər köçürülüb.

Doğma yurdlarına qayıdanlar indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Onlar həmçinin Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıqlarını ifadə edib, torpaqların azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 136

Oxşar yazılar