“Bədheybət və gözəl” filmi haqqında çox maraqlı  FAKTLAR
25 iyun 2024 19:14 (UTC +04:00)

“Bədheybət və gözəl” filmi haqqında çox maraqlı FAKTLAR

Lent.az “Kinofakt” rubrikasında  dünyaşöhrətli bir ssenari əsasında çəkilən "Bədheybət və gözəl” nağıl filmi haqqında məlumat verir.

Film atasının borclarına görə qalada yaşayan və ömürlük sehirlənərək bədheybət hala düşmüş bir varlıqla yaşamalı olan gözəl Bellanın həyatından bəhs edir. Bella əvvəllər bədheybətə nifrət etsə də, sonra ona aşiq olur.   Bellanın əsl sevgisi cadunu pozur və bədheybət yaraşıqlı gəncə çevrilir.

Hadisə XVI əsrdə Fransada baş vermiş real hadislərə əsaslanır. Bədheybət rolunun prototipi Fransa kral sarayında yaşayan Petrus Qansaluses idi.

Onun 1507-ci ildə anadan olduğu ehtimal edilir. Hipertrixoz xəstəliyindən əziyyət çəkən Petrusun bütün bədəni tüklərlə örtülü idi. Böyüdükcə tüklər daha da sıxlaşır və sərtləşirdi. Buna görə bir çoxları onu insan yox, heyvan, bədheybət hesab edirdi.

Uşaqlığı necə keçib bilinmir, bir o məlumdur ki. valideynləri bu çirkin uşağı qul kimi satıblar və sahibləri onun heyvan kimi qəfəsdə, zəncirdə saxlayıblar. Uşaq İspaniya kral sarayı tərəfindn satın alınaraq, Fransa sarayına ekzotik hədiyyə kimi göndərilib. Kral II Henri oğlanın çox ağıllı olduğunu görüncə onunla dostlaşır,  təhsil, tərbiyə, saray ərkanına yiyələnməsi üçün müəllimlər ayırır.

Kral öldükdən sonra Yekaterina Mediçinin əlinə düşən Petrus kraliçanın oyuncağına çevrilir. Kraliça bu tüklü məxluqdan nəsil alıb artırmaq üçün onu gözəl tacir qızı ilə evləndirir. Tacir qızı ilə Petrusun övladları kral ailəsi tərəfindən zorla əllərindən alınıb müxtəlif krallıqlara  hədiyyə kimi göndərilirmiş. Avropada “Eybəcərlər sirki”nin yaradılması da bu hadisə ilə başlamış olub. 

Sonralar bu hadisə dünya ədəbiyyatında da özünə yer alıb, bir qədər fərqli formalarda  haqqında filmlər çəkilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4929
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar