Əfqanıstanın cənub-şərqində 6,2 maqnitudalı zəlzələ baş verib.
Lent.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Almaniya Geologiya Elmləri Araşdırma Mərkəzinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, bu, bazar günündən bəri bölgədə qeydə alınan üçüncü zəlzələdir.
"TASS" agentliyinin Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə isə, Əfqanıstanın şərqində yerləşən Hindukuş dağlarında 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Məlumata görə, yeraltı təkanlar 42 kilometr dərinlikdə baş verib olub.
Hazırda dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.