ABŞ-ın paytaxtı Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.
Lent.az xəbər verir ki, bu barədə Kolumbiya dairəsi rəhbərliyinin bəyanatında deyilir.
İddiada əsas arqument Milli Qvardiya döyüşçülərinin cinayətlə mübarizə üçün paytaxta göndərilməsinin "hərbi işğal" kimi qiymətləndirilməsi olub.
Kolumbiya dairəsi federal məhkəməsinə verilən iddiada vurğulanır ki, ABŞ administrasiyası bu addımı ləğv etməli və gələcəkdə belə hərəkətlərə yol verməməlidir.
Xatırladaq ki, avqustun 11-də ABŞ prezidenti cinayətkarlıqla mübarizə üçün Vaşinqtona Milli Qvardiya qoşunlarının yeridildiyini bəyan etmişdi.