ABŞ Marsa ilk astronavtlarını nə vaxt  göndərəcək?
05 sentyabr 2025 07:33 (UTC +04:00)

ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?

0

ABŞ nəqliyyat naziri, NASA-nın administratoru vəzifəsini icra edən Şon Daffi “FoxNews”a müsahibəsində bildirib ki, agentlik 2030-cu illərin əvvəlində Marsa ilk pilotlu missiyanı göndərməyi planlaşdırır. Daffinin sözlərinə görə, yaxın vaxtlarda ABŞ Ayda baza inşa etmək üçün ora faydalı yüklərin çatdırılmasına başlayacaq.

Lent.az xəbər verir ki, artıq 2026-cı ilin yazında NASA dörd nəfərlik heyət daşıyan kosmik gəmini Ay ətrafına göndərməyi planlaşdırır.

2027-ci ildə isə ABŞ astronavtların Aya enişini həyata keçirəcək. Onlar orada 8–12 gün qalacaqlar. Müqayisə üçün, əvvəlki Ay missiyası cəmi üç gün davam etmişdi.

Yeni Ay proqramı uzaq kosmosun mənimsənilməsinə yönəlmiş uzunmüddətli strategiyanın bir hissəsidir. 2019-cu ilin yazında NASA bir neçə mərhələdən ibarət olan “Artemis” proqramını təqdim edib. 2022-ci ilin 16 noyabr – 11 dekabr tarixlərində həyata keçirilmiş ilk mərhələdə “Orion” kosmik gəmisi Ayı dövrə vuraraq Yerə qayıdıb.

İkinci mərhələdə heyətlə birgə kosmik gəminin Ay ətrafında uçuşu nəzərdə tutulur. Üçüncü mərhələdə isə astronavtların Aya enişi və daha sonra Marsa göndərilməsi planlaşdırılır. Bununla belə, “Artemis” proqramının ikinci və üçüncü mərhələlərinin vaxtı dəfələrlə təxirə salınıb.

2025-ci ilin avqustunda Şon Daffi Aya nüvə reaktorunun göndərilməsi planlarından da danışıb. Daffinin sözlərinə görə, nüvə enerji mənbəyindən Ayda istifadə təcrübəsi Mars missiyaları və gələcək kosmosun mənimsənilməsi üçün mühüm baza rolunu oynayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar