Bu ölkə Putinin azərbaycanlı dostu İlham Rəhimova sanksiya tətbiq etdi
04 sentyabr 2025 18:16 (UTC +04:00)

Bu ölkə Putinin azərbaycanlı dostu İlham Rəhimova sanksiya tətbiq etdi

0

Avstraliya hökuməti “Rusiyada siyasi ifadəni boğmaqda və Ukraynaya qanunsuz müdaxiləni asanlaşdırmaqda” məsul olan 14 şəxsə qarşı əlavə məqsədyönlü maliyyə sanksiyaları və səyahət qadağaları tətbiq edir”.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə,bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. 

Bəyanatda həmçinin qeyd edilir:

"Rusiyada insan haqlarının vəziyyəti insan haqlarını boğmağa yönəlmiş qəddar repressiyalar və müharibə əleyhinə təbliğat səbəbindən pisləşməkdə davam edir. Biz Rusiyanın vətəndaş cəmiyyəti və insan haqları müdafiəçilərinə qarşı hədə-qorxu və repressiyalarını pisləyir və Rusiyanı insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırışımızı bir daha bildiririk".

“Sirena” Telegram kanalının məlumatına görə, sanksiya siyahısına “Putinin dostu, azərbaycanlı iş adamı İlham Rəhimov” da daxildir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 458

Oxşar yazılar