Gənc qadın sosial şəbəkədə eyni anda yeddi pensiyaçı kişi ilə görüşüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kolumbiyada yaşayan qadın edib.
Kolumbiyalının özünün dediyi kimi, o, uzun müddət yaşlı kişilərlə görüşüb. Lakin bu münasibətlər heç bir yerə getməyib. Bir anda qadın anlayıb ki, təqaüdçülərlə ünsiyyətə başlasa, onun üçün emosional və maliyyə sabitliyinə nail olmaq daha asan olacaq.
"Bütün münasibətlərimi təhlil edərək düşünməyə başladım ki, qocalardan heç nə istəməyə ehtiyac yoxdur, onlar hər şeyi verirlər, çünki o yaşlarda mənim kimi qadın tapa bilmirlər", - qadın bildirib.
Bundan sonra kolumbiyalı parklarda və yaşlı insanların daha çox olduğu yerlərdə vaxt keçirməyə başlayıb. Orada indi münasibətdə olduğu yeddi subay pensiyaçı ilə tanış olub.