Elazığda 26 yaşlı Fırat Bulut sevgilisi olduğu iddia edilən həmyaşıdı Selen Akpolatı tapança ilə vuraraq öldürüb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisədən sonra Bulut 7 mərtəbəli binanın damından özünü ataraq intihar edib.
Hadisə gecə saatlarında Sürsürü məhəlləsindəki evdə baş verib. Fırat Bulut ilə sevgilisi olduğu iddia edilən Selen Akpolat arasında naməlum səbəbdən mübahisə düşüb.
Mübahisə böyüyərkən Bulut özü ilə gətirdiyi silahla Selen Akpolatı vurub. Ətrafdakıların xəbərindən sonra hadisə yerinə sağlamlıq və polis qrupları gəlib və Akpolatın həyatını itirdiyi müəyyən edilib.
Hadisədən sonra qaçan Fırat Bulut Nailbəy rayonu Vəli Fəhri bəy küçəsində yerləşən 7 mərtəbəli binanın damına çıxaraq özünü ataraq öldürüb.