Hacı Salman həbs olundu - Azyaşlı qıza seksual zorakılıq  - YENİLƏNİB
25 iyun 2024 18:07 (UTC +04:00)

Hacı Salman həbs olundu - Azyaşlı qıza seksual zorakılıq - YENİLƏNİB

İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Lent.az xəbər verir ki, bu gün Abşeron rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Hacı Salman Kamiloğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ilahiyyatçı Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və yaxud seksual xarakterli hərəkətlər etmək) ittiham olunur.

Hazırda Abşeron rayon Polis İdarəsində fakt üzrə istintaq hərəkətləri aparılır.

***

10:10

Azyaşlıya qarşı seksual zorakılıq ittihamı ilə saxlanılan ilahiyyatçı Hacı Salman məhkəmə qarşısına çıxarılır. 

Lent.az xəbər verir ki, onun barəsində istintaq orqanı təqdimat verib.

Bu gün Abşeron Rayon Məhkəməsində Hacı Salman Kamiloğlu barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

***

saat 09:45

İlahiyyatçı Hacı Salman Kamiloğlu saxlanılıb.

Lent.az xəbər verir ki, o, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir. Belə ki, Hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb./qafqazinfo

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11669

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15