Neymar gələcək futbol ulduzunun  adını çəkdi
25 iyun 2024 19:27 (UTC +04:00)

Neymar gələcək futbol ulduzunun adını çəkdi

Braziliya millisinin hücumçusu həmyerlisi Estevao Villianın perspektivini dəyərləndirib

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun braziliyalı hücumçusu hazırda “Palmeyras” klubunun oyunçusu olan gənc braziliyalı Estevao Villianın əla perspektivlərini açıqlayıb.

"Gələcəyin ulduzu? Düşünürəm ki, “Palmeyra”dakı Estevao Braziliya futbolunda böyüyən böyük istedaddır. Məncə, o, dahi olacaq!", - Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Neymar söyləyib.

Xatırladaq ki, bir müddət əvvəl "Çelsi" 17 yaşlı Estevao Villianı transfer etdiyini açıqlamışdı. Yeniyetmə 2025-ci ilin yayında London klubunun oyunçusu olacaq.

Bu mövsümdə Estevao "Palmeyras"ın heyətində 27 oyunda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8628
avatar

Oxşar yazılar