“Christie's” hərracı 1939-cu ildə Albert Eynşteynin yazdığı məktub üçün 4 milyon dollara qədər pul istəməyi planlaşdırır.
Lent.az xəbər verir ki, məktub ABŞ prezidenti Franklin Ruzveltə ünvanlanıb və orada nasist Almaniyasının nüvə tədqiqatları ilə bağlı xəbərdarlıq yer alıb.
Məktubda məşhur fizik nasistlər son dərəcə güclü bombalar düzəltməzdən əvvəl atom enerjisi tədqiqatlarına sərmayə qoyulmasını xahiş edib. Qeyd edək ki, bu müraciət nəticəsində Ruzvelt Manhetten Layihəsinin öncülü olan bir komitə yaratmışdı.
Hal-hazırda Albert Eynşteynin məktubunun əsli Nyu Yorkdakı Hayd Parkdakı Prezident Kitabxanası və Muzeyində saxlanılır. Bununla belə, fizik ikinci, daha qısa versiyanı da yazıb imzalamışdı ki həmin nüsxə də həmkarı Leo Szilard tərəfindən qorunub saxlanmışdı.
Məhz sözügedən nüsxə üçün “Christie's” auksionu bu ilin sentyabrında ən azı 4 milyon dollar istəməyi planlaşdırır.
Sənəd əvvəllər “Microsoft”-un həmtəsisçisi Paul Allenə məxsus idi və onu 2002-ci ildə 2,1 milyon dollara almışdı. Hazırda isə bu məktub 2018-ci ildə vəfat edən Allenin varisləri tərəfindən satışa çıxarılır.
Bundan əvvəl, isə 2023-cü il yanvarın 12-də Böyük Britaniyada Titanik menyusunun bir nüsxəsi hərracda 84 min funt-sterlinqə (102,6 min dollar) satılmışdı. Birinci sinif yeməklərin yazıldığı münyu 11 aprel 1912-ci il tarixlidir.