“Real”ın futbolçusu qərarını verdi
19 aprel 2017 19:37 (UTC +04:00)

“Real”ın futbolçusu qərarını verdi

“Real”ın futbolçusu İskonun karyerasını hansı klubda davam etdirəcəyinə aydınlıq gəlib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi mövsümün sonunda iş yerini dəyişməyəcək.

 

Belə ki, İsko Madrid təmsilçisində qalmağı üstün tutub. Bununla bağlı açıqlama verən futbolçu tez bir zamanda “qalaktikos”la yeni müqavilə imzalayacağını bildirib: “Yeni sözləşmə barədə, demək olar ki, razılığa gəlmişik. Bu yaxınlarda anlaşmaya qol çəkəcəm. Əvvəl də dediyim kimi, karyeramın sonuna qədər “Real”da qalmaq istərdim”.

 

Qeyd edək ki, İsko 2013-cü ildən “Real”ın formasını geyinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

Oxşar yazılar