“Real” PSJ-nin hücumçusu Neymardan əl çəkmir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “kral klubu” bu transfer üçün indidən maliyyə toplamaq fikrindədi.
Braziliyalının gəlişi naminə qurban verilməsi gözlənilən ilk futbolçu Qaret Beyldi. İspanlar uelsli ulduz oyunçunu Çin klubu “Quançjou Everqrand”a satmağın əleyhinə deyillər. Bu keçid Madrid təmsilçisinə 95 milyon avro qazandıra bilər. Klub rəhbərliyi həmin pulu Neymarın keçidinin bir hissəsi kimi görür.
Qeyd edək ki, Qaret Beyl “Real”a 2013-cü ildə 100 milyon avro müqabilində “Tottenhem”dən keçib.