“Qarabağ”dan qolsuz sülh
27 iyul 2016 00:19 (UTC +04:00)

“Qarabağ”dan qolsuz sülh

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, turnirdəki yeganə təmsilçimiz "Qarabağ" mərhələnin ilk oyununa Çexiyada çıxıb.

 

"Ağ-göylər" Plzendə yerli "Viktoriya"nın qonağı olub. Meydan sahibləri matçın böyük hissəsi ərzində üstünlüyə malik olsalar da ağdamlıların müdafiə səddini yara bilməyib.

 

Matçın 75-ci dəqiqəsində isə plzenlilər meydanda azlıqda qalıb. Rəqibin qırmızı vərəqəsindən sonra “Qarabağ” topa nəzarəti ələ alıb. Lakin komandaların səylərinə baxmayaraq hesab açılmayıb.

 

Bununla da Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin səfər matçından qolsuz sülhlə dönüb. Bunu bacaran ilk Azərbaycan klubu olan Qurban Qurbanovun yetirmələri cavab matçı öncəsi pley-off şanslarını qoruyub.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 2-də Bakıda keçiriləcək.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi

İlk oyun

26 iyul

 

"Viktoriya” (Plzen, Çexiya) – “Qarabağ” (Ağdam, Azərbaycan) - 0:0

Qırmızı vərəqə: Yan Baranek, 75

Baş hakim: Aleksandar Stavrev

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261
avatar

Oxşar yazılar