İngiltərə Premyer Liqasının XXIII turunda “Liverpul”a səfərdə 3:4 hesabı ilə məğlub olan “Mançester Siti” cari mövsümdə ilk dəfə meydanı başıaşağı tərk edib. Apasport.az saytının məlumatına görə, bununla da daxili birincilikdə məğlubiyyət üzü görməyən komandaların sayı 6-ya enib.
Payız-yaz sistemi ilə keçirilən qitənin 41 çempionatından yalnız “Barselona”, Zaqreb “Dinamo”su, “Apollon”, “Viktoriya”, “Sportinq” və “Porto” rəqiblərinə boyun əyməyiblər.
Məğlubedilməzlərdən başqa, Avropada cəmi 20 klubun passivində 1 yenilgi var ki, onlardan biri də “Qarabağ”dı. Azərbaycan Premyer Liqasının lideri 14 turdan sonra aktivinə 37 xal toplaya bilib. Keçirdiyi oyun sayına görə, orta hesabla hər matçda 2,64 xal toplayan Ağdam təmsilçisi bu baxımdan qitənin ən yaxşı 6-cı göstəricisinə imza atıb. Qurban Qurbanovun komandasını bu mənada yalnız “Viktoriya”, “Mançester Siti”, “Barselona”, PSJ və “Porto” qabaqlayır. Doğrudu, ağdamlıların Portuqaliya klubu ilə göstəricisi eynidi. Lakin “Qarabağ”dan fərqli, “Porto” həm çox oyun keçirib, həm də uduzmayıb.
18 ölkədə - Ermənistan, Belçika, Bosniya və Herseqovina, Danimarka, Makedoniya, Almaniya, Yunanıstan, Macarıstan, İsrail, Kosovo, Hollandiya, Polşa, Rumıniya, Rusiya, Slovakiya, İsveçrə, Türkiyə və Uelsdə 2-dən az məğlubiyyət alan komanda yoxdu. Cəbəllütariqdə isə mövsüm yeni başladığından, bu ölkənin birinciliyi siyahıya salınmayıb.
Klub (ölkə) |
Oyun |
Məğ. |
Xal |
Orta h. xal |
Viktoriya (Çexiya) |
16 |
0 |
46 |
2,87 |
Mançester Siti (İngiltərə) |
23 |
1 |
62 |
2,69 |
Barselona (İspaniya) |
19 |
0 |
51 |
2,68 |
PSJ (Fransa) |
20 |
1 |
53 |
2,65 |
Porto (Portuqaliya) |
17 |
0 |
45 |
2,64 |
Qarabağ (Azərbaycan) |
14 |
1 |
37 |
2,64 |
Srvena Zvezda (Serbiya) |
22 |
1 |
57 |
2,59 |
Sportinq (Portuqaliya) |
18 |
0 |
46 |
2,55 |
Napoli (İtaliya) |
20 |
1 |
51 |
2,55 |
Sutyeska (Monteneqro) |
19 |
1 |
48 |
2,52 |
Dinamo (Xorvatiya) |
20 |
0 |
50 |
2,50 |
FK Santa Koloma (Andorra) |
13 |
1 |
32 |
2,46 |
Kolerayn (Şimali İrlandiya) |
24 |
1 |
59 |
2,45 |
Tre Penne (San Marino) |
12 |
1 |
29 |
2,41 |
Düdelanj (Lüksemburq) |
12 |
1 |
29 |
2,41 |
Benfika (Portuqaliya) |
18 |
1 |
43 |
2,38 |
Maribor (Sloveniya) |
18 |
1 |
43 |
2,38 |
MOİK (Bolqarıstan) |
20 |
1 |
47 |
2,35 |
Seltik (Şotlandiya) |
22 |
1 |
51 |
2,31 |
Balzan (Malta) |
16 |
1 |
37 |
2,31 |
Skenderbeu (Albaniya) |
16 |
1 |
37 |
2,31 |
Apollon (Kipr) |
18 |
0 |
40 |
2,22 |
Atletiko (İspaniya) |
19 |
1 |
42 |
2,21 |
Dinamo (Ukrayna) |
18 |
1 |
39 |
2,16 |
Zalsburq (Avstriya) |
20 |
1 |
43 |
2,15 |
Anortosis (Kipr) |
20 |
1 |
41 |
2,05 |
Qeyd edək ki, Belarus, Estoniya, Farer adaları, Finlandiya, Gürcüstan, İslandiya, İrlandiya, Qazaxıstan, Latviya, Litva, Moldova, Norveç və İsveç çempionatlarında mövsüm başa çatıb.