“Messi-Ronaldo erası bitməyib, yeni başlayır”
“Hər gecə rahat yatıram. Fərdi və komanda şəklində qazandığım uğurlardan razıyam”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Real”ın futbolçusu Kriştianu Ronaldo deyib.
FİFA ötən ilin ən yaxşılarını mükafatlandırıb. İlin ən yaxşı kişi futbolçusu adına Ronaldo layiq görülüb. O, “Barselona”nın üzvü Lionel Messi və PSJ-nin braziliyalı hücumçusu Neymarı qabaqlayıb.
Bu barədə fikirlərini bildirən 32 yaşlı hücumçu Messi ilə arasındakı rəqabətin bundan sonra da davam edəcəyini qeyd edib: “Mənə səs verən hər kəsə minnətdaram. Digər namizədlər Neymarla Messinin də adını çəkmək istəyirəm. Son ildə də “Real”ın prezidenti, baş məşqçisi və azarkeşləri mənə dəstək oldu. Onlara da təşəkkür edirəm. Ardıcıl ikinci dəfə bu mükafatı qazandığım üçün şadam. Mənim üçün xüsusi nailiyyətdi. Dünyanın ən yaxşı futbolçuları ilə birlikdə bu tədbirdə iştirak etməkdən qürur duyuram. Mən Messi ilə yox, ən yaxşı olmaq və titullar qazanmaq uğrunda mübarizə aparıram. Amma onu da deyim ki, Messi-Ronaldo erası hələ bitməyib, əksinə yeni başlayır”.
Portuqaliya yığmasının üzvü söhbət əsnasında hazırda bütün diqqətini “Real”ın oyunlarına yönəltdiyini və gələn il Rusiyada keçiriləcək dünya çempionatı haqda düşünmədiyini bildirib: “Bu mövsümdə də Çempionlar Liqasının və La Liqanın qalibi olmaq istəyirəm. Mundiala isə hələ 8 ay qalıb. İndidən dünya çempionatını düşünməyə ehtiyac yoxdu. Bütün fikrimi “Real”ın çıxışına yönəltmişəm".
Qeyd edək ki, Ronaldo bu il “Real”ın heyətində La Liqa, İspaniya Superkuboku, Çempionlar Liqası və UEFA Superkubokunun qalibi adını qazanıb.
210