Ulduz futbolçunun  ürəyində problem yarandı
14 yanvar 2022 17:19 (UTC +04:00)

Ulduz futbolçunun ürəyində problem yarandı

“Bavariya”nın futbolçusu Alfonso Devisin səhhətində problem yaşanıb.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı müdafiəçinin koronavirusa yoluxması ürəyində problemə yol açıb.

Bildirilib ki, koronavirusun təsirindən Kanada millisinin üzvündə ürək əzələsi iltihabının yüngül əlamətləri əmələ gəlib. Ulduz futbolçu bu səbəbdən bir müddət məşqlərdən kənarda qalmalı olacaq.

Qeyd edək ki, Alfonso Devis 2018-ci ildən “Bavariya”da çıxış edir.

# 1467
avatar

Oxşar yazılar