Təbrizin “Traktor” futbol klubunun azarkeşlərinin stadiona girişi məhdudlaşdırılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, buna son oyunda “Traktor” oyunun baş verən baş verən insidentlər səbəb olub.
İranın Futbol Federasiyasının İntizam komitəsi qayda pozuntuları ilə əlaqədar “Traktor” klubunun azarkeşlərinin stadiona girişini müvəqqəti məhdudlaşdırıb.
Qərara əsasən, “Traktor”-“Fəcr” qarşılaşmasına Təbriz klubunun azarkeşləri buraxılmayacaq.
Qeyd edək ki, bir neçə gün öncə futbol üzrə İran çempionatında 28-ci turunda “Traktor”-“Persepolis” komandaları qarşılaşıb. Lakin oyun yarımçıq qalıb. Belə ki, azarkeşlərin stadiona yad əşyalar atmasına görə iki klubun futbolçuları arasında dava düşüb və oyun 70-ci dəqiqədə, hesab 0:0 olarkən dayandırılıb.