Serjiu Konseysau və Tomas Tuxel
14 aprel 2021 16:41 (UTC +04:00)

Serjiu Konseysau və Tomas Tuxel

Tomas Tuxel “Portu”nun baş məşqçisini təhqir etdi

“Portu”nun baş məşqçisi Serjiu Konseysau “Çelsi”nin almaniyalı çalışdırıcısı Tomas Tuxelin Çempionlar liqasının ¼ final oyunundan sonra onu təhqir etdiyini açıqlayıb.

Lent.az xəbər verir ki, “Portu” Londonda 1:0 hesabı ilə qalib gəlsə də, ilk görüşdəki 2:0 hesablı qələbə sayəsində yarımginala yüksəlib. 

“Məni bu adam təhqir edib. Mən baş hakimə dedim ki, 4-cü hakim də təhqiri eşidib”, - Konseysau vurğulayıb. 

Məlumata görə, Tuxel final fitindən sonra Konseysaunun ünvanına təhqiramiz sözlər deyib. 

Əgər 4-cü hakim Tuxelin bu fikirlərini həqiqətən eşidibsə və UEFA-dakı araşdırma zamanı bu təsdiqlənərsə, onda almaniyalı məşqçinin cəzalandırılması ilə nəticələnəcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2442
avatar

Oxşar yazılar