Həmid Heydərli
28 avqust 2021 18:04 (UTC +04:00)

Həmid Heydərli

Tokio-2020: Azərbaycan paralimpiyaçısı DÜNYA REKORDU VURDU

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir qızıl medal qazanıb.

Apasport.az saytının məlumatına görə, bu uğura yığmamızın atleti Həmid Heydərli imza atıb.

O, nizəatma yarışında 51,42 m göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Heydərli bu nəticə həm Paralimpiadanın qızıl medalını qazanıb, həm də dünya rekordunu ələ keçirib.

Bununla da Azərbaycan yığmasının medal sayı 9-a çatıb. Komandamızın aktivində 7 qızıl, 2 bürünc medal var.
 

# 3099
avatar

Oxşar yazılar